Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı müxalifəti legitimlik məsələsi üzərindən sərt tənqid edib.
Musavat.com xəbər verir ki, Paşinyan müxalifət nümayəndələrinə müraciət edərək onların hökumətin legitimliyini şübhə altına almasını tənqid edib və deputat mandatlarından istefa verməyə çağırıb.
O bildirib ki, cəmiyyətdə müxalifətdən inqilab gözləntisi var:
“Mandatlarınızdan istefa verin. İctimaiyyət sizdən inqilab etməyinizi gözləyir, ona görə də bunu baş tutdurun”.
Paşinyan daha sonra müxalifətin seçkilərin və hökumətin legitimliyi ilə bağlı mövqeyinə toxunaraq deyib:
“Qeyri-qanuni seçkilərdən və qeyri-qanuni hökumətdən daha yaxşı inqilabi vəziyyət yoxdur”.
Paşinyanın bu açıqlamaları Ermənistan parlamentində siyasi qarşıdurmanın və iqtidar-müxalifət münasibətlərində gərginliyin davam etdiyini göstərir.
Musavat.com
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ