İnsanlara hürriyət, millətlərə istiqlal!

Şad xəbərini anasına çatdırmaq üçün məzarına getdi – Kövrəldən görüntülər - VİDEO

Məzun olduğunu anasına xəbər vermək istəyən gəncin paylaşımı sosial şəbəkələrdə böyük maraq doğurub.

O, sevincini bölüşmək və məzuniyyət xəbərini anasına çatdırmaq üçün onun məzarını ziyarət edib. Lakin burada gözləmədiyi mənzərə ilə qarşılaşıb. Gəncin ətrafına çoxlu quşun toplaşması diqqət çəkib.

Həmin anları kameraya çəkən gənc paylaşımına duyğusal sözlər də əlavə edib:

"Məzun oldum deyə sürpriz etmək istədim. Yenə məndən əvvəl davrandı, bütün quşları ətrafıma topladı, mələk anam".

Sözügedən görüntülər izləyiciləri kövrəldib. Paylaşımın altına çoxsaylı təsirli rəylər yazılıb./milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR