Onlayn ictimai-siyasi qəzet
700 bal toplayan Samir bu universitetdə təhsil alacaq
Musavat.com Azedu.az-a istinadla xəbər verir ki, qəbul imtahanında 700 bal yığan Samir Tibb Universitetinə qəbul oldu.
Ali təhsil müəssisələrinə ixtisas seçiminin IV ixtisas qrupu üzrə maksimum nəticə göstərən Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Samir Tağızadə təhsilini Azərbaycan Tibb Universitetində (ATU) Tibb (tədris ingilis dilində) ixtisası üzrə davam etdirəcək.
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ