İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Britaniyadan vətəndaşlarına Səudiyyə xəbərdarlığı

ABŞ və Böyük Britaniya öz vətəndaşlarını Ər-Riyad Beynəlxalq Hava Limanına hücumla bağlı ehtiyatlı olmağa çağırıb.

Musavat.com-un məlumatına görə, ABŞ Dövlət Departamentinin Konsulluq Bölməsi sosial mediada vətəndaşlara müraciət edib: "Xahiş edirik, Səudiyyə Ərəbistanındakı bütün əsas hava limanlarından istifadə edərkən son dərəcə ehtiyatlı olun. ABŞ vətəndaşları uçuşların ləğvi, hava məkanının bağlanması və səyahətlərin pozulması ehtimalından xəbərdar olmalıdırlar".

Böyük Britaniya Xarici İşlər Nazirliyi də vətəndaşlarını Ciddə və Dammam şəhərlərinə, eləcə də Mədinə Beynəlxalq Hava Limanı istisna olmaqla, Səudiyyə Ərəbistanının bütün hava limanlarına vacib olmayan bütün səyahətlərdən çəkinməyə çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR