İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva ətrafında dəhşətli yanğınlar: PUA hücumundan sonra iki böyük anbar alovlara büründü!

Moskva vilayətində dron hücumlarının ardından iki iri loqistika mərkəzində güclü yanğın davam edir.

Musavat.com xəbər verir ki, kütləvi yanğın xüsusilə Podolsk şəhər dairəsinin Koledino qəsəbəsində yerləşən "Wildberries" şirkətinə məxsus ən böyük anbar kompleksində və Domodedovo ərazisindəki "Şimali Domodedovo" multimodal loqistika mərkəzində qeydə alınıb.  Hadisə şahidlərinin və yerli mənbələrin yaydığı məlumatlara görə, Koledinoda yerləşən və sahəsi 200 min kvadratmetrdən çox olan nəhəng anbarda yanğının miqyası getdikcə genişlənir.

Eyni zamanda Domodedovodakı 15 nömrəli çeşidləmə və loqistika binasında da alovun söndürülməsi istiqamətində əməliyyatlar aparılır.

Rəsmi qurumlar ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib, yanğının tam söndürülməsi və dəyən ziyanın müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR