İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə Trampı haqsız çıxardı - iş vizası üçün 100.000 dollarlıq rüsum qanunsuzdur

ABŞ federal məhkəməsi prezident Donald Tramp tərəfindən tətbiq edilən yüksək ixtisaslı xarici vətəndaşlara H-1B vizalarının verilməsi üçün 100.000 dollarlıq rüsumu ləğv edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hakim Leo Sorokinin verdiyi qərara görə, rüsum Trampın tətbiq etmək səlahiyyətinə malik olmadığı vergidir, çünki bu cür dəyişikliklər Konqresin təsdiqini tələb edir.

Sorokin qərarında yazıb: "Prezidentin H-1B vizası üçün müraciət vergisi tətbiq etmək səlahiyyəti yox idi".

Sorokinin nəzərdən keçirdiyi viza rüsumuna etiraz qubernatorları Demokrat partiyasından olan ştatların baş prokurorları tərəfindən də təqdim edilib.

Ağ Evin mətbuat xidməti hakimin qərarını şərh edərək, apelyasiya şikayəti ilə qərarın ləğv ediləcəyinə əminliyini ifadə edib.

Mətbuat xidməti bildirib ki, prezident Tramp bunun Amerikanın maraqlarına uyğun olmadığına inanırsa, istənilən kateqoriyalı xarici vətəndaşın girişini məhdudlaşdırmaq üçün aydın qanuni səlahiyyətə malikdir və o, məhz bunu edib.

2025-ci ilin payızında Tramp "sui-istifadə hallarının qarşısını almaq və Amerika işçilərini qorumaq üçün" H-1B vizalarına görə 100.000 dollar rüsum tətbiq edib.

H-1B proqramı hər il 65.000 viza, üstəgəl ali təhsilli işçilər üçün əlavə 20.000 viza təmin edir və üç ildən altı ilə qədər müddətə verilirdi. Trampın icra sərəncamından əvvəl xarici işçilər üçün viza axtaran işəgötürənlər adətən müxtəlif amillərdən asılı olaraq 2000 ilə 5000 dollar arasında pul ödəyirdilər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR