İnsanlara hürriyət, millətlərə istiqlal!

Kameraya düşən dəhşət: Bizonun zərbəsi turisti göylərə qaldırdı - Video

ABŞ-nin Yellowstone Milli Parkında dincələn bizonun qəfil hücumu dəhşətli anlara səbəb olub.

Musavat.com xəbər verir ki, turistin təxminən 2,5 metr hündürlüyə atıldığı hadisə kameralara düşüb.

ABŞ-ın Vayominq ştatında yerləşən Yellowstone Milli Parkında yerdə uzanaraq dincələn bizon bir neçə saniyə sonra qəfil hücuma keçib.

Hadisə zamanı nəvəsi ilə birlikdə gəzən turist heyvanın hücumuna məruz qalıb. Güclü zərbə nəticəsində kişi təxminən 2,5 metr hündürlüyə havaya atılıb. Dəhşətli anlar ərazidə olan şəxslərin kameraları tərəfindən qeydə alınıb.

Ağır xəsarətlər alan turist xəstəxanaya çatdırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR