Onlayn ictimai-siyasi qəzet
"SpaceX" şirkətinin rəhbəri İlon Mask Ukrayna ordusunun Rusiyanın dərinliklərindəki hərbi obyektlərə zərbə endirmək üçün "Starlink" peyk rabitə sistemindən istifadə etməsinə tətbiq edilən məhdudiyyətlərin qaldırılmasına razılıq verib.
Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" (FT) nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Nəşr yazır ki, bu qərarın reallaşacağı təqdirdə Ukrayna Silahlı Qüvvələri uzaq məsafəli pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Rusiyanın strateji hərbi obyektlərinə daha dəqiq və effektiv zərbələr endirmək imkanı qazanacaq.
Əvvəllər Mask münaqişənin eskalasiyası və üçüncü dünya müharibəsi riskindən ehtiyat edərək, Ukraynanın hücum xarakterli PUA əməliyyatlarında "Starlink"dən istifadəsini kəskin şəkildə məhdudlaşdırırdı.
Lakin milyarder bu məsələnin artıq sırf siyasi mahiyyət daşıdığını bildirərək, yekun qərarın veril hissəsini ABŞ Prezidenti Donald Trampın və Ağ Ev administrasiyasının öhdəsinə buraxıb.
Hazırda Kiyevin Rusiyanın dərinliklərinə peyk vasitəsilə idarə olunan dron zərbələri endirmək taleyi Vaşinqtonun verəcəyi rəsmi qərardan asılıdır.
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ