Onlayn ictimai-siyasi qəzet
Aparıcı Kamilə Babayeva bir müddət əvvəl vəfat edən anası ilə bağlı kövrək paylaşım edib.
Musavat.com xəbər verir ki, aparıcı mərhum anasının videosunu sosial media hesabında paylaşaraq ona olan sevgisini və həsrətini ifadə edib.
Kamilə Babayeva paylaşımında anasının ona uşaqlıqdan doğruluq və dürüstlüyün, başıuca və məğrur yaşamağın vacibliyini öyrətdiyini qeyd edib.
Aparıcı mərhum anasını tanıdığı ən böyük Vətən sevdalısı adlandırıb, onun Azərbaycan dilinə, dininə, tarixinə, bayrağına, ədəbiyyatına və musiqisinə olan sevgisindən söz açıb.
Kamilə Babayeva paylaşımının sonunda anasının xatirəsinin həyatının hər anında yaşayacağını vurğulayıb:
“Sən mənə lap uşaqlıqdan doğruluqdan və dürüstlükdən heç vaxt şübhə etmədən, başıuca və məğrur yaşamağı öyrətdin. O böyük ürəyinə, əhvalından asılı olmayaraq dünyaları sığdırdın. Tanıdığım ən böyük Vətən sevdalısı. Dilini, dinini, tarixini, bayrağını, ədəbiyyatını, musiqisini bütün qəlbinlə sevdin. Hər gözəl hekayədə səni görəcəyəm, hələlik”.
Könül
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ