İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var

Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Meyniman kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində kənd sakinləri; 2001-ci il təvəllüdlü Məmmədova Şəfa Ötər qızı, 1983-cü il təvəllüdlü Məmmədova Vəfa Bayram qızı, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Kərimov Niyazi Sabir oğlu və Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Səmədov Pərvin Aydın oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR