Onlayn ictimai-siyasi qəzet
“Google” 2026 FIFA Dünya Kubokunun final oyunu münasibətilə ana səhifəsindəki loqosunu xüsusi hazırlanmış “doodle” ilə əvəz edib.
Musavat.com xəbər verir ki, final günü istifadəçiləri qarşılayan animasiyalı dizaynda “Google” loqosundakı “o” hərfi futbol topu formasında təqdim olunub, loqonun üzərinə isə Dünya Kuboku əlavə edilib. Kursor “doodle”un üzərinə gətirildikdə ekranda “2026 Dünya Kuboku: Bayram” ifadəsi görünür.
Bu tematik loqo “Google”un turnir ərzində hazırladığı Dünya Kuboku mövzulu xüsusi dizaynların sonuncusu olub. Şirkət yarış boyunca “vole”, “röveşata”, “elastico”, “step-over” və diz üstə qol sevinci kimi futbolun simvolik hərəkətlərini əks etdirən çoxsaylı loqoları müxtəlif ölkələrdə istifadəçilərin ixtiyarına verib.
Qeyd edək ki, “Google” iyunun 11-də start götürən 2026 FIFA Dünya Kuboku müddətində onlarla fərqli loqo hazırlayaraq onları dünyanın 180-dən çox bazarında istifadəyə təqdim edib.
Şahanə Rəhimli
Musavat.com
20 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ