İnsanlara hürriyət, millətlərə istiqlal!

Generala yeni elmi ad verildi

Azərbaycan Ordusunun generalına yeni elmi ad verilib.

Musavat.com “Yeni Sabah”a istinadən xəbər verir ki, Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini, general-mayor Arif Həsənov “professor” elmi adı alıb.

Bununla bağlı Ali Attestasiya Komissiyası qərar qəbul edib.

General-mayor A.Həsənov milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktorudur. O, indiyədək dosent idi.

Qeyd edək ki, “Hərbi bilik” jurnalının redaksiya heyətinin siyahısında A.Həsənov professor kimi təqdim olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR