Onlayn ictimai-siyasi qəzet
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Hadisə zamanı xəsarət alan olmayıb.
*********
Xəbər verdiyimiz kimi Balaxanı Sənaye Parkında dəhşətli yanğın başlayəb. Hazırda tüğyan edən yanğınla bağkı yeni və həyəcanlı təfərrüatlar məlum olub. Musavat.com-a daxil olan son məlumatlara görə, yanğın sənaye parkının ərazisində fəaliyyət göstərən işlənmiş mühərrik yağlarının təkrar emalı müəssisələrini tam cənginə alıb. Fəlakətin miqyası və alovun şiddəti o qədər güclü olub ki, artıq iki böyük istehsalat sexinin tamamilə yanaraq külə döndüyü bildirilir.
Sürətlə yayılan fəlakətin daha da böyüməməsi, xüsusilə də yaxınlıqdakı digər strateji sexlərə və zavodlara keçməməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin çoxlu sayda texnikası və şəxsi heyəti sözün əsl mənasında amansız bir mübarizə aparır.
Yanğınsöndürənlər qızmar hərarət və qatı duman altında, canlarını fəda edərək alovun qarşısını almağa çalışırlar. Hələlik hadisənin dəqiq hansı səbəbdən qaynaqlandığı və xəsarət alanların olub-olmaması barədə rəsmi qurumlar tərəfindən yekun açıqlama verilməyib.
Xatırladaq ki, paytaxtın ən mühüm sənaye qovşaqlarından biri hesab olunan Balaxanı Sənaye Parkı dövlət başçısının müvafiq Sərəncamı ilə 2011-ci ildə yaradılıb, 2017-ci ildə isə rəsmi açılışı həyata keçirilib. Bu böyük ərazidə ölkə iqtisadiyyatı, xüsusən də "yaşıl iqtisadiyyat" üçün həyati əhəmiyyət daşıyan onlarla obyekt – plastik tullantıların, işlənmiş yağların, kağız-kartonun təkrar emalı zavodları, habelə mebel, izolyasiya və qablaşdırma materialları istehsal edən müxtəlif müəssisələr cəmləşib.
Hadisə yerindən daxil olan ən son görüntüləri təqdim edirik:
Hadisə yerindən çəkilmiş ən son görüntüləri təqdim edirik:
E.Məmmədəliyev,
Musavat.com
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ