Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan F-35 qırıcılarının tədarükü məsələsində ABŞ Prezidenti Donald Trampdan gözləntilərini açıqlayıb.
Musavat.com xəbər verir ki, Ərdoğan “Əl-Cəzirə” telekanalına müsahibəsində Trampın Türkiyəyə F-35 qırıcılarının tədarükünün bərpası ilə bağlı söz verdiyini və Ankaranın bu vədin yerinə yetirilməsini gözlədiyini bildirib.
Türkiyə lideri F-35 məsələsinin iki ölkə arasındakı münasibətlər baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması səbəbindən F-35 proqramından çıxarılmışdı. Ankara isə bu qərara etiraz edərək proqram çərçivəsində ödədiyi vəsait və Türkiyə üçün nəzərdə tutulan təyyarələrlə bağlı məsələnin həllini tələb edir.
Musavat.com
02 Sentyabr 2026
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ