İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhmədinejad QAYIDIR: İran prezident seçkisi ilə qaynamağa başladı - VİDEO

Rəisinin ölümü və teokratik rejimin prezident seçkiləri keçirməsi hakimiyyətdəki müxtəlif qrupların bu vəzifəni kontroluna almaq üçün aktivliyini artırıb. İranın 6-cı prezidenti Mahmud Əhmədinejadı evində ziyarət edənlərdən biri ölkənin vəziyyətini yaxşılaşdırmaq və seçkilərdə görünməsinə zəmin hazırlamaq üçün ondan qeydiyyatdan keçməsini xahiş edib.

Əhmədinejad da cavabında deyib: “Araşdıracam və uyğun olarsa, mütləq iştirak edəcəm, çünki İranda və dünyada baş verən proseslər kəskin şəkildə dəyişir, ölkənin vəziyyəti çox həssas və təhlükəlidir”.

Musavat.com xəbər verir ki, Mahmud Əhmədinejad 1956-cı il oktyabrın 28-də Şimali İranın Səmnan vilayətinin Gərmsar şəhərinin Aradan kəndində, nalbənd ailəsində anadan olub.

Etnik mənsubiyyəti barədə məlumatlar kəskin fərqlənir. Onun azərbaycanlı, talış, hətta yəhudi əsilli olması barədə iddialar səsləndirilir.

2005-ci il iyul ayının 24-də keçirilmiş prezident seçkilərinin ikinci turunda qələbə qazanıb, həmin ilin avqust ayının 3-də bu vəzifədə Məhəmməd Hatəmini əvəz edib.

Prezident seçkilərindən əvvəl Tehran bələdiyyəsinin başçısı olub. İxtisasca inşaat mühəndisidir və bələdiyyə başçısı olmamışdan əvvəl İran Elm və Texnologiya Universitetində müəllim işləyib. Professor elmi dərəcəsi var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR