İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazirdən Abşerondakı torpaq sahələri ilə bağlı MÜHÜM QƏRAR

Nazirlər Kabineti 27 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"də dəyişiklik edib.

Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Abşeron rayonunda torpaq sahələrinin normativ qiyməti ayrıca müəyyən ediləcək. Bu baxımdan rayon 3 zonaya bölünüb.

Bundan başqa, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslərin inşa etdiyi müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələrinin texniki pasportlarında göstərilmiş bina və əsaslı tikililərin altında yerləşən torpaq sahələri və bu kateqoriyaya aid edilməyən torpaq sahələrinə bölünməsi ilə bağlı müddəa əsasnamədə çıxarılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR