İnsanlara hürriyət, millətlərə istiqlal!

"Görməmiş olmaq lazımdır" - Nüşabə Ələsgərli

"Maqazin proqramlarının dünya təcrübəsinə baxsaq, maşın, şuba, var-dövlət, ev, mal-mülk göstərmək prestij sayılır".

Bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Tarixin bir günü" verilişində deyib.

İfaçı son zamanlar həmkarlarının geyimlərinin, maşınlarının qiyməti ilə gündəmə gəlməsi mövzusuna toxunub:

"Sadəcə biz elə bir dövrdə böyümüşük ki, bizim tərbiyəmiz, gördüyümüz ailə bu görməmişliyi etməyimizə icazə vermir. İstəmirik ki, bunu göstərək, nəyinsə qiymətini deyək, nümayiş etdirək. Hətta elə sualları da sevmirəm. Amma normal baxıram. İndiki zamanda görməmiş olmaq lazımdır. Lakin bu, bizim üçün görməmişlikdir". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR