İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda növbəti biabırçılıq: ölən əsgərin ailəsi qalıqlardan imtina edir

İki ilə yaxındır itkin düşmüş hesab edilən 19 yaşlı çağırışçı Tornik Sarkisyanın ailəsi Ermənistan tərəfinə təhvil verilən qalıqların onların oğluna aid olduğuna inanmır.

Musavat.com bildirir ki, bunu “Ermənistan xəbərləri” – NEWS.am-ın müxbiri ilə söhbətində hərbçinin yaxınları bildirib.

Bildirilib ki, əsgərin ailəsi yenidən müayinə olunmaq istəyir.

Yaxınları hələ ki, onlara müayinənin nəticələrini niyə qəbul etmədiklərini izah etməyiblər. “Valideynlər qalıqların onların oğlu olduğuna inanmırlar, onun sağ olduğunu düşünürlər”, erməni mediası yazıb.

Xatırladılır ki, iyunun 21-də Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan tərəfinin 2022-ci ilin sentyabrında, İstisu istiqamətində iki günlük hərbi əməliyyatlar zamanı öldüyü iddia edilən iki erməni hərbçisinin qalıqlarını Ermənistan tərəfinə təhvil verdiyi barədə məlumat yayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR