İnsanlara hürriyət, millətlərə istiqlal!

Çindən Qazaxıstana 25 milyard dollar investisiya yatırılıb

“Qazaxıstan və Çin arasında ticarət dövriyyəsi 2023-cü ildə rekord həddə çatıb və indi ölkələr onu iki dəfə artırmaq niyyətindədir”.

Musavat.com xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Çin sədri Si Cinpinlə danışıqların yekunu ilə bağlı deyib.

Onun sözlərinə görə, Çin Qazaxıstanın aparıcı ticarət tərəfdaşıdır.

Tokayev Çini əsas investorlardan biri adlandırıb və əlavə edib ki, son 15 ildə Çindən Qazaxıstana 25 milyard dollara yaxın vəsait cəlb edilib:

“Danışıqlar zamanı enerji, infrastruktur, istehsal, maliyyə və nəqliyyat və kənd təsərrüfatı sahələrində qarşılıqlı faydalı investisiya layihələrinin gələcəkdə həyata keçirilməsinin vacibliyi vurğulanıb. Biz Qazaxıstan bazarını inkişaf etdirmək istəyən Çin şirkətləri üçün əlverişli şərait yaratmağa hazırıq”.

Prezidentin sözlərinə görə, Qazaxıstan xüsusilə kənd təsərrüfatı sektorunda Çin təcrübəsi və innovasiyaların tətbiqində maraqlıdır. Qazaxıstan da Çinə kənd təsərrüfatı məhsullarının ixracını artıracağını gözləyir:

“2023-cü ilin sonunda Qazaxıstandan Çinə kənd təsərrüfatı məhsullarının ixracı 2 dəfə artaraq 1 milyard dollara çatıb. Taxıl ixracının həcmi 2 milyon tona çatdırılacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2024

05 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR