İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünən gecə qətlə yetirilən 31 yaşlı Rasimin FOTOSU

İyunun 28-də saat 00:30 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 1993-cü il təvəllüdlü Rasim Əhmədov tanışı tərəfindən qətlə yetirilib.

İlkin araşdırma zamanı 1987-ci il təvəllüdlü Vüqar Əliyevin aralarında yaranmış mübahisə zamanı tanışı Rasim Əhmədova küt alətlə xəsarət yetirməsi və sonuncunun xəstəxanaya aparılarkən yolda ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Vüqar Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Qətlə yetirilmiş 31 yaşlı Rasimin fotosunu təqdim edirik/Qafqazinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR