İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtomobilində hovuz düzəldən bloqqer – Ona cəza tələb edilir

Qazaxıstanlı bloger Erbolat Janabılov maşınına su dolduraraq paytaxtın ətrafını gəzib.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, dəsti tamamlamaq üçün o, avtomobilini xilasedici kəmər və dalğıc maskaları ilə də təchiz edib.

Bloqer bu hərəkəti ilə Astana sakinlərini təəccübləndirib və onların reaksiyasını lentə alıb.

"Bağışlayın, tətil üçün kifayət qədər pul yox idi və biz bunu özümüz üçün yaratdıq", - bloqer Astana sakinlərinə izahat verib.

Bununla belə, onun hərəkəti heç də bütün abunəçilər tərəfindən bəyənilməyib.

“Cərimə münasibətilə təbrik edirik”, - deyə şərh yazan bəziləri Erbolatın cərimələnməsinin vacib olduğunu yazarkən başqaları hiddətini belə bildirib: “Onlar üçün cərimə xırda-xutuş şeydir”.

Amma izləyicilərin əksəriyyəti əhval-ruhiyyəni yüksəltdiyi üçün bloqerə təşəkkür edib, hətta ondan bu səyyari hovuzu icarəyə götürməyin neçəyə başa gəldiyini soruşublar.

Qeyd edək ki, dünyanın hər yerində özlərini bloqer adlandıran şəxslərin müxtəlif gicbəsər hərəkətlərinin şahidi olmaq olar və bu, artıq çoxlarında təəccüb doğurmur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR