İnsanlara hürriyət, millətlərə istiqlal!

MDB ölkələrinin hərbi əməkdaşlıq konsepsiyası hazırlanacaq

MDB ölkələrinin müdafiə nazirlərinin Minskdə keçiriləcək iclasında 2030-cu ilə qədər hərbi əməkdaşlıq konsepsiyasının layihəsi hazırlanacaq.

Bu barədə MDB-nin Baş katibi Sergey Lebedev bildirib.

“MDB ölkələrinin Müdafiə Nazirliklərinin birgə işinin məzmununda ən mühüm məsələ, şübhəsiz ki, MDB iştirakçısı olan dövlətlərin 2030-cu ilə qədər hərbi əməkdaşlıq konsepsiyası layihəsinin hazırlanması olacaq. Bu, ortamüddətli perspektivdə ölkələrimiz arasında qarşılıqlı fəaliyyət üçün aydın prioritetləri və yeni təlimatları əks etdirməlidir”, - o, MDB Müdafiə Nazirləri Şurasının iclası başlamazdan əvvəl bildirib.

Xatırladaq ki, bir gün əvvəl Azərbaycanın müdafiə naziri Zakir Həsənov hərbi paradda və MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Belarusa səfər edib.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2024

05 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR