İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyandan SON DƏQİQƏ sülh açıqlaması

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması regionda dayanıqlı sülhün qorunması və bərqərar olması üçün tarixi hadisə olacaq.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tiflisdə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə danışıqlarda zamanı deyib.

“Mən bəyan etdim ki, bir ay ərzində intensiv işləsək, bu prosesi başa çatdıra və Azərbaycanla bu mühüm sazişi imzalaya bilərik. Bununla yanaşı, regionda inkişaf və sabitlik baxımından infrastruktur və kommunikasiyaların tam açılmasının vacibliyini müzakirə etmək istərdim. Biz konstruktiv şəkildə Ermənistan və Azərbaycan arasında infrastruktur və nəqliyyat kommunikasiyalarının tam açılmasının tərəfdarıyıq. Bu, təkcə Ermənistan üçün deyil, digər region ölkələri üçün də iqtisadi cəhətdən sərfəlidir”, - o bildirib.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2024

05 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR