İnsanlara hürriyət, millətlərə istiqlal!

"NATO-dan uzaq durun" - Rusiya XİN Azərbaycana və Ermənistana XƏBƏRDARLIQ ETDİ

"Rusiya Xarici İşlər Nazirliyi gözləyir ki, İrəvan və Bakı NATO reseptlərinin region üçün təhlükəsini başa düşəcək".

Vaşinqton Avropadakı satellitlərinin qarşısına dostlarımızı və qonşularımızı Rusiya Federasiyası ilə əməkdaşlıqdan uzaqlaşdırmaq vəzifəsini qoyur.

Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) informasiya departamentinin direktor müavini Andrey Nastasin deyib.

Onun açıqlamaları daha çox Ermənistana, lakin həm də Azərbaycana xəbərdarlıq xarakteri daşıyır.

"Bu cür təşəbbüs fəlakətli nəticələrə gətirib çıxardı; Balkanlar, Əfqanıstan, Liviya, İraqı xatırlamağa dəyər".

Daha bir sitat: "Vaşinqtona dəvət təşkilatın yubileyilində NATO-ya dəstəyi nümayiş etdirmək məqsədi daşıyır. Onlar silah-sursat toplayır, Ermənistanın müdafiə sektorunu bərpa etməyə çalışır, KTMT daxilində mövcud mexanizmləri sıradan çıxarırlar...

NATO emissarları Bakıya da səfərlər edir, Ermənistanla Azərbaycan arasında sülh münasibətlərinin inkişafına töhfə vermirlər. Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi regional məsuliyyət prinsipi çərçivəsində region ölkələrinin özləri təmin edə bilər və təmin etməlidir".

Onu da qeyd edək ki, Azərbaycan və Ermənistan NATO-nun xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçiriləcək sammitinə dəvət olunub. Ermənistan tədbirdə iştirak edəcəyini elan edib. Azərbaycan isə, hələlik, rəsmi cavab verməyib. NATO xarici işlər nazirlərinin sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2024

05 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR