İnsanlara hürriyət, millətlərə istiqlal!

Solts hər gün Malrona dəstək mesajları göndərir

Almaniya kansleri Olaf Şolts bildirib ki, o, Fransa prezidenti Emmanuel Makrona ölkədə keçirilən parlament seçkilərinin birinci turunda “Respublika üçün birlikdə” prezident koalisiyasının məğlub olmasından sonra dəstək ifadə edən gündəlik mesajlar yazır.

Musavat.com xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Agentlik kanslerin sözlərindən sitat gətirir: "Biz həqiqətən depressiyaya səbəb olan vəziyyəti müzakirə edirik".

Şolts Almaniya Sosial-Demokrat Partiyasının sol qanadının qeyri-rəsmi yay qurultayında da bildirib ki, siyasətçilər arasında yazışmalar SMS mesajları formatında baş verir.

Almaniya rəhbərliyi başqa ölkələrdəki seçki prosesinə qarışmamalı olsa da, kansler Fransadakı seçkilərlə bağlı dəqiq mövqe tutub. Şolts istəyir ki, fransızlar Marin Le Penin partiyasının rəhbərlik etdiyi hökumətin yaranmasının qarşısını alsınlar.

Fransa parlamentinə keçirilən seçkilərin birinci turunun nəticələrinə görə, Le Penin partiyası 33,1 faiz səslə qalib gəlib, Makronun partiyası isə 20 faiz səslə üçüncü olub. NFP 28%-lə ikinci yeri tutub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2024

05 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR