İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Belarusa qarşı sanksiyaları dərinləşdirdi  


Avropa Şurası bu gün Belarusdan qızıl, almaz, helium və mineralların idxalını qadağan edən qərar qəbul edib.

Musavat.com Belarus mətbuatına istinadən xəbər verir ki, qərara əsasən qızıl və almazın Belarusdan birbaşa və dolayı idxalı qadağan edilir.

Qərar, həmçinin xam neft də daxil olmaqla, helium, kömür və minerallara aiddir".
Qadağaların qüvvəyə minməsinin dəqiq tarixi açıqlanmayıb. Aİ Şurasınən bəyanatında bildirilir ki, Rusiyanın Avropa sanksiyalarından yayınmasına qarşı mübarizə çərçivəsində və “Rusiya və Belarus iqtisadiyyatlarının yüksək dərəcədə inteqrasiyası” nəzərə alınmaqla yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edilir.

Bundan əlavə, Avropa İttifaqı Şurası Belarusda qeydiyyatdan keçmiş qoşqu və yarımqoşqulardan istifadə etməklə Aİ ərazisindən avtomobil nəqliyyatı ilə yüklərin daşınmasına qadağa qoyub: "Qaydalardan yayınma riskini minimuma endirmək üçün səhmlərinin 25 faizi və ya daha çox hissəsi Belarusun fiziki və ya hüquqi şəxslərinə məxsus olan Aİ qurumlarına İttifaq ərazisində avtomobil nəqliyyatı müəssisələrinin açılması və yalnız avtomobil yolu ilə yüklərin daşınması qadağan edilməlidir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR