İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktrisadan etiraf: “Ondan ayrılanda hamilə idim” - FOTO

Türkiyəli məşhur aktrisa Meryem Uzerli Hülya Avşarın yutub proqramında qonaq olub.

Aktrisa müğənninin “Niyə səninlə ailə qurmadılar?” sualına belə cavab verib:

“Bəzən həyat səni yaşayır, bəzən də sən həyatı yaşayırsan. Həyat məni bir müddət yaşatdı. Sonra həyatıma böyük qızım Lara gəldi, sevindim. Məncə, ən əsası bilmədən səhv etməkdir. Laranın atası ilə tanış olanda Türkiyədə çox işləyirdim. Münasibətimiz başladı, bacara bilmədik və bitdi. Düşünmürdüm ki, mən bu adama çox aşiqəm və övladım olacaq. Ayrılanda hamilə idim. Mənim üçün də sürpriz oldu”.

“Evlilik planlı bir şeydir və bizim belə planlarımız yox idi” deyən məşhur aktrisa keçmiş sevgilisi Can Ateşin qızı Lara ilə görüşdüyünü də bildirib: “Lara atası ilə çox xoşbəxtdir və hər zaman bir-birini görürlər”.

Meryem Uzerli sevgi haqqında bunları deyib: “Sevgi nə vaxt uğurlu olur ki? Məncə, sevgidə uğur yoxdur”. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR