İnsanlara hürriyət, millətlərə istiqlal!

DİQQƏT İrana! Azərbaycanlı namizəd Prezidentliyin bir addımlığında, GƏRGİN seçkilər... – CANLI

İranda prezidentliyə namizədlərdən olan Güney azərbaycanlı Məsud Pezeşkian öndədir. Musavat.com İran mediasına istinadən xəbər verir ki, bir az öncə İranın Seçki Qərargahının mətbuat katibi Möhsün Eslami sayılmış 19 milyon 697 min 13 bülletendən əldə olunan nəticələri səsləndirib. Nəticələrə görə, güneyli millət vəkili Məsud Pezeşkian 8,302,577 səslə liderdir.

Onun ardınca 7 189 756 səslə Dini rəhbərin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili ikinci, 2 676 512 səslə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf üçüncü, 158 314 səslə keçmiş daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi dördüncü sırada qərarlaşıb.
İran prezident seçkisində favorit namizədlər Səid Cəlili və Məsud Pezeşkian seçkilərin iyulun 5-də keçiriləcək ikinci turunda prezident postu uğrunda mübarizəni davam etdirəcəklər.
TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Heydər Oğuzla İran seçkilərini müzakirə edir.

Facebook səhifəsinin ünvanı:


https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:


https://www.youtube.com/user/TVmusavat

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR