İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı alim YÜKSƏK MÜKAFATA layiq görüldü - FOTO

Kanadanın Toronto Universitetinin professoru, Kanadada fəaliyyət göstərən Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin (Azerbaijani Women's Support Centre) İdarə Heyətinin üzvü Nazilə İsgəndərova 2023-cü il Ontario Hökumətinin Müxtəliflik üzrə Çempion Mükafatının (Champion of Diversity Award) 4 laureatından biri seçilib.

Musavat.com xəbər verir ki, bu mükafat Ontarioda immiqrantların uğuru, iqtisadi artım, mədəni müxtəliflik və inklüzivliyə töhfə verən şəxsləri, qrupları və təşkilatları təqdir edir.

DİVER.jpeg (105 KB)

SERTİ.jpeg (90 KB)

Qeyd edək ki, Nazilə İsgəndərova həm də Ontario Könüllü Xidmət Mükafatı və Vaughan şəhərinin fəxri vətəndaşlıq ordeninin laureatıdır.

Nazilə İsgəndərova Toronto Universitetində və Wilfred Laurier Universitetindən psixoterapiya sahəsində müdafiə edib.

Professor İsgəndərova psixoterapiya sahəsindəki elmi araşdırmalarına görə nüfuzlu Forum for Theological Exploration, Canadian Association for Spiritual Care Senior Research Award və Society for Pastoral Counselling tərəfindən mükafata layiq görülüb. Hazırda xanım İsgəndərova Toronto Universitetinin Viktoria Universitetinin Emmanuel Kollecində Psixopatoloji və İslam psixoterapiyası dərslərini tədris edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR