İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan amerikalı konqresmenlərlə sülh müqaviləsindən DANIŞDI  

Ermənistanın baş naziri Nikol Paşinyan respublikaçı senator Rocer Uikerin başçılıq etdiyi ABŞ konqresmenlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Musavat.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan qəbulda Ermənistan-Amerika münasibətlərinin dinamik inkişafının xarakterindən razı qaldığını bildirib.

Ermənistanın baş naziri Birləşmiş Ştatların ölkədə demokratik islahatların təşviqinə effektiv dəstək verdiyini qeyd edərək, “Ermənistan hökuməti üçün demokratiyanın inkişafının strateji əhəmiyyət kəsb etdiyini” əlavə edib. O həmçinin əlavə edib ki, Ermənistan və ABŞ arasında yeni, dərin əməkdaşlığın inkişafı üçün iki ölkənin hökumətləri və parlamentləri arasında daha sıx təmaslar lazımdır.

Paşinyan və konqresmenlər iki ölkə arasında siyasi, iqtisadi, enerji və digər əlaqələrin genişləndirilməsi perspektivlərini müzakirə edib, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin müzakirəsi ətrafında fikir mübadiləsi aparıblar.

Xəbərdə bildirilir ki, digər mövzularla yanaşı regionda gedən proseslərə və “Dünyanın kəsişməsi” adlanan erməni layihəsinə də toxunulub.

Onu da bildirək ki, son zamanlar amerikalı nümayəndələr Ermənistana tez-tez səfərlər edirlər. Bu səfərlərdə sülh danışıqları ilə bağlı müxtəlif mesajlar verilsə də, hələ ki konkret addımlar atılmayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2024

05 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR