İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəlbəcərdə bəbir göründü - FOTO

Son dövrlərdə, yəni işğaldan sonra bəbirləri ilk müşahidə edən əsgərlər olub. Bundan sonra ETSN, İDEA İctimai Birliyi və WWF tərəfindən aparılmış mütəmadi izləmələr və monitorinqlər nəticəsində Kəlbəcər rayonunda bəbirin yüksək keyfiyyətli foto və videosu əldə edilib.

Musavat.com xəbər verir ki, bunu Ümumdünya Təbiəti Mühafizə Fondu Azərbaycan nümayəndəliyinin (WWF) direktoru Elşad Əsgərov "Azərbaycanda bəbirlərin populyasiyası, bioloji müxtəlifliyin bərpası istiqamətində görülən işlər və ekoloji turizmin inkişafına dair planlaşdırma" mövzusunda ETSN-də keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanda bəbir fərdlərinə rast gəlindiyi əsas ərazilər Zəngəzur və Talış dağlarıdır:

"Qarabağda, Kəlbəcər istiqamətində bəbirlərin müşahidə olunması, həmçinin Mingəçevir gölü ətrafındakı boz dağlarda, Böyük Qafqazda onların görünməsi bəbir populyasiyasının bərpası, onların mühafizəsi, arealının genişləndirilməsi istiqamətində Azərbaycan hökümətinin, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məqsədyönlü fəaliyyətinin nəticəsidir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2024

05 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR