İnsanlara hürriyət, millətlərə istiqlal!

Antalyada 200 rusiyalı təyyarənin göyərtəsində çarəsiz qalıb

Türkiyənin Antalya şəhərinin hava limanında 200 rusiyalı sərnişin Boeing 767-300 təyyarəsində qapalı qalıb.

Musavat.com xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Onun sözlərinə görə, istidən iki böyük və bir uşaq huşunu itirib. Təyyarədə kondisioner işləmədiyi üçün insanlar bürkülü salonda oturub gözləməyə məcbur olublar.

"AzurAir"-ə məxsus Boeing 767-300 təyyarəsi səhər saat yeddidə Antalyadan Moskvaya uçmalı imiş. İnsanlar əvvəlcə təyyarəyə minik qapısının yanında saxlanılıb, sonra isə hava gəmisinə buraxılıb. Sərnişinlər təyyarənin salonunda soyunmağa məcbur olub və yerdə qalan suyu bir-birinə ötürməyə başlayıblar.

Bütün bu müddət ərzində pilotlar təyyarənin mühərriklərini işə sala bilməyiblər. Cəhdlərdən biri uğurlu alınsa da, təyyarə uçuş-enmə zolağından çıxdıqdan sonra mühərriklər yenidən dayanıb.

Sərnişinlərdən birinin Mash-a verdiyi məlumata görə, insanlar bir saatdan çox isti təyyarənin içində oturublar.

“AzurAir” hava şirkətindən bildirilib ki, uçuş-enmə zolağına heç bir manevretmə hərəkəti olmayıb və “Boeing” əlavə yoxlama üçün dayanacağa qayıdıb. Şirkət nümayəndələri yaranan narahatlığa görə üzr istəyiblər. Mash-ın məlumatına görə, ZF-1002 Antalya - Moskva reysi Moskva vaxtı ilə saat 12:37-də Türkiyədən Rusiyaya uçub.

P.S. Rusiya mediasında yayılmış xəbərlərdə “AzurAir” şirkətinin hansı ölkəyə məxsus olduğuna dair qeyd olmasa da, bəllidir ki, bu Rusiyanın dördüncü hava daşımaçılığı şirkətidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR