İnsanlara hürriyət, millətlərə istiqlal!

BU AN! Ukrayna yenə Krıma HÜCUM ETDİ, ruslar bu bölgədən çıxdı -CANLIda


Ukrayna Müdafiə Nazirliyi işğal olunmuş Krımda Rusiya Kosmik İzləmə və Kommunikasiya Mərkəzinin vurulduğunu təsdiqləyib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Feysbuk hesabında məlumat paylaşılıb.

"Bu, işğalçılar üçün peyk rabitəsi və naviqasiya sistemində mühüm hərbi komponentdir, - MN qeyd edib.

Bildirilib ki, mərkəz artıq Rusiyanın son həftədəki itkiləri siyahısına əlavə edilib.

Qeyd edək ki, Ukrayna ordusunun sözügedən mərkəzə ikinci dəfə dronlarla hücumu 24 iyunda baş vermişdi.

Ukrayna Silahlı Qüvvələri Çasovoy Yar ərazisində müdafiəni uğurla həyata keçirir. Müdafiəçilər rus ordusunu Kanal mikrorayonundan sıxışdırıb çıxarıblar.

Bu barədə ukraynalı hərbi ekspert Roman Svitan məlumat yayıb.

Bununla belə, ekspert bildirib ki, hazırda Donetsk vilayətində olan Toretsklə bağlı böyük problem var, çünki Rusiya ordusu Şumov və Drujba bölgələrində irəliləyib.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində politoloq Qədir Aslanla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR