İnsanlara hürriyət, millətlərə istiqlal!

"Human Rights Watch": Keniyada etirazlar zamanı azı 30 nəfər ölüb

Keniyada hökumət əleyhinə keçirilən etiraz aksiyaları zamanı azı 30 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Human Rights Watch" hüquq müdafiə təşkilatı məlumat yayıb.

Daha əvvəl KİV 13 nəfərin öldüyünü, 200-dən çox insanın yaralandığını bildirmişdi.

Təşkilat, həmçinin ölkə daxilində etiraz aksiyalarına qatılaraq itkin düşənlərin sayının çoxluğuna diqqət çəkir.

Xatırladaq ki, iyunun 18-də Keniyada əlavə vergilərin tətbiqinə qarşı etirazlar başlayıb və bütün ölkəyə yayılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR