İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT PA-nın İpək Yolu Qrupu orta dəhlizi və yaşıl enerjiyə keçidi müzakirə etdi


İyulun 1-də Ruminiyanın Buxarest şəhərində keçirilən ATƏT PA-nın 31-ci İllik Sessiyası çərçivəsində qurumdakı Azərbaycan və Rumıniya nümayəndə heyətlərinin, eləcə də Azərbaycanın Rumıniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə İpək Yolu Qrupunun növbəti iclası keçirilib. İclas “ATƏT PA-nın İpək Yolu Qrupunun rolu nədən vacibdir: dayanıqlı nəqliyyat əlaqələndirməsi və yaşıl enerji keçidinin sürətləndirilməsi” mövzusuna həsr edilib.

Musavat.com xəbər verir ki, iclası açan Azərbaycan nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin və eyni zamanda İpək Yolu Qrupunun sədri Azay Quliyev tədbir iştirakçılarını salamlayaraq iclasın gündəliyi barədə məlumat verib.

Tədbirdə əvvəlcə ATƏT PA-nın İpək Yolu Qrupunun sədri Azay Quliyevin məruzəsi dinlənilib. Məruzədə Azay Quliyev ötən dövr ərzində həyata keçirilmiş işlər barədə danışıb, Azərbaycanın Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi ilə bağlı planları, Orda nəqliyyat dəhlizinin genişlənməsi üçün Zəngəzur dəhlizinin əhəməyyətini diqqətə çatdırıb. A. Quliyev Azərbaycanın cari ilin noyabr ayında COP-29 ev sahibliyi edəcəyini, bu tədbirin qlobal iqlim problemlərinin həlli istiqamətində mühim hadisə olduğunu vurğulayıb.

Daha sonra söz Rumıniyanın Parlamentinin vitse-spikeri və ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Dan Barnaya verildi. Çıxışında o, yaşıl enerjinin inkişafını əldə etmək üçün ümumi resurslardan istifadənin vacibliyini qeyd edib.

Qrupunun iclasında Rumıniyanın enerji nazirinin müavni Dan Dragan çıxış edərək müzakirəyə qoyulan dayanıqlı əlaqələndirmə və Yaşıl enerjiyə keçidinin mövzunun əhəmiyyətini vurğuladı, ölkəsinin bu haqda təcrübəsini bölüşdü.

ATƏT PA-nın prezidenti Pia Kauma ATƏT PA-nın İpək Yolu Qrupunun fəaliyyətini yüksək qiymətləndirdi və müzakirə olunan mövzunun daima qurumun siyasi gündəliyində olduğunu bildirdi.

ATƏT PA-nın İqtisadi və ətraf mühit işləri üzrə koordinatoru, səfir Bakıt Yusupov təqdim olunan mövzu üzrə dəstəyini bildirdi və Azərbaycanın nəqliyyat bağlantısı mövzusunda aparıcı rol oynadığını xüsusilə vurğuladı.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev müzakirə edilən mövzu çərçivəsində yaşıl enerjiyə keçidin strateji əhəmiyyəti haqqında danışıb.

Toplantının davamında İpək Yolu Qrupunun iki sədr müavinin seçkiləri keçirilib. Qrupun sədr müavinləri vəzfilərinə Xorvatiya nümayəndə heyətinin rəhbəri Mixayel Zmajloviç və Monteneqro nümayəndə heyətinin üzvü Jevto Erakoviç seçilib.

Gündəliyin növbəti maddəsi üzrə çıxış edən Xorvatiya nümayəndə heyətinin rəhbəri Mixayel Zmajloviç İpək Yolu Qrupunun Bakı, Vyana, Minsk və Andermatda uğurlu konfranslar keçirdiyini xatırladıb.

Mixayel Zmajloviç növbəti beynəlxalq konfransının Xorvatiyada keçirilməsi təklifini irəli sürüb. Qrup üzvləri konfransın 2025-ci ilin aprel ayında keçirilməsi haqqında qərar qəbul edib.

İclasda Milli Məclisinin ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Tural Gəncəliyev, eləcə də Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli və Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov iştirak ediblər.

Musavat.com

fca8b254-7bf4-45ca-b559-56ed186dc219.jpg (204 KB)

d0abde4f-1777-4835-8877-5acfc21f9c1f.jpg (220 KB)

98a13d52-088b-44e1-86fa-82d5bd5e540d.jpg (179 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR