İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya Kubokunun finalına hərbi təyyarə ilə getdi

Meksika prezidenti Klaudiya Şeynbaum 2026-cı il Dünya Kuboku finalına baxmaq üçün Nyu-Yorka hərbi təyyarə ilə uçmalı olub.

Musavat.com xəbər verir ki, məlumatı Meksika hökuməti açıqlayıb. Bildirilir ki, pis hava şəraiti səbəbindən prezidentin uçmalı olduğu Delta Air Lines şirkətinin kommersiya uçuşu ləğv edilib: "Hava şəraiti və uçuşların ləğvi səbəbindən Prezident Klaudiya Şeynbaum bu axşam Milli Müdafiə Nazirliyinin təyyarəsi ilə 2026-cı il FIFA Dünya Kubokunun finalını izləmək üçün Nyu-Yorka yola düşəcək".

El Universal-ın məlumatına görə, əvDelta Air Lines şirkətinin 2973 saylı kommersiya reysi Nyu-Yorkda pis hava şəraiti və hava keyfiyyətinin pis olması ilə bağlı xəbərlər səbəbindən ləğv edilib.

Qeyd edək ki, Şeynbaum ənənəvi olaraq dövlət səfərləri zamanı müntəzəm kommersiya uçuşları ilə səyahət edir və bu məqsədlər üçün şəxsi təyyarələrdən və ya dövlət təyyarələrindən istifadə etməkdən qəti şəkildə imtina edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR