İnsanlara hürriyət, millətlərə istiqlal!

Kılıçdaroğlunun müavini sevgilisini DÖYDÜ - Görüntülər kameraya düşdü - VİDEO

Məhkəmənin qərarı ilə CHP sədrli postuna qaytarılan Kamal Kılıçdaroğlunun müavini Berhan Şimşəyin 10 ildir birlikdə olduğu sevgilisi Özlem Şanvərə şiddət göstərdiyi anların görüntüləri yayılıb.

Musavat.com xəbər verir ki, görüntülərdə Şimşəyin Şanvərin ayağına təpik vurduğu, daha sonra əlindən qurtulmağa çalışan qadını məcburi şəkildə evin içinə salmağa çalışdığı görünür. 

Özlem Şanvərin Şimşəyin onu döyməsi ilə bağlı polisə verdiyi ifadələr də əldə edilib.

Şanvər 2021-ci ildə Kadıköydə döyüldüyünü açıqlayıb.

O, 2026-cı ildə Balıkesir Pelitköy Jandarma Məntəqəsində verdiyi ifadəsində isə ev həbsinə məruz qaldığını və ağır hədə-qorxular aldığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR