İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli yanğında nəfəs kəsən anlar – qadın 11-ci mərtəbədən tullandı

Berlində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı dramatik xilasetmə əməliyyatı həyata keçirilib.

Musavat.com xəbər verir ki, hadisə avqustun 14-də səhər saatlarında baş verib. Alovların əhatəsində qalan qadın binanın 11-ci mərtəbəsindən yanğınsöndürənlərin xilasetmə səbətinə tullanmaq məcburiyyətində qalıb.

Məlumata görə, hadisə yerinə gətirilən yanğınsöndürmə nərdivanı yalnız 9-cu mərtəbəyədək çata bilib. Yuxarı mərtəbədə köməksiz vəziyyətdə qalan qadının başqa çıxış yolu olmadığından o, 11-ci mərtəbədən aşağıda yerləşdirilmiş xilasetmə səbətinə tullanıb.

Yanğın nəticəsində ümumilikdə 13 nəfər xəsarət alıb. Onların əksəriyyətinin tüstüdən zəhərləndiyi bildirilir.

Ən önəmlisi isə binada olan insanların hamısının sağ qalmasıdır. Yanğın zamanı ölən olmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR