İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bizimləsən" və "Rəngarəng" proqramlarının yayımı DAYANDIRILIR

"Azad Azərbaycan" (ATV) telekanalında yayımı dayandırılan iki verilişin adı məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, "Bizimləsən" və "Rəngarəng" verilişləri efirdən çıxarılıb.

Kanalın mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumat doğrudur: "Qərar kanal rəhbərliyi tərəfindən qəbul edilib".

Eyni zamanda, Oxu.Az-ın özəl mənbələrdən əldə etdiyi digər məlumata görə, ARB kanalının efir siyasətində də ciddi dəyişikliklərin olacağı gözlənilir. Hansı verilişlərin yayımının dayandırılacağı isə dəqiqləşdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR