Onlayn ictimai-siyasi qəzet
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Gürcüstanda Türkiyə Milli Müdafiə Nazirliyinə məxsus "C-130" hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlama verib.
Musavat.com xəbər verir ki, Baxçalın sözlərinə görə, fəlakətin əsl səbəbləri müəyyən olunmayana və rəsmi açıqlama verilməyənə qədər hər hansı məlumat fərziyyədir, bütün bəyanatlar əsassız və etibarsızdır.
“Özünü “mütəxəssis” adlandıran bəzi şəxslərin xalqımızın şüurunu çaşdırmaq, bilərəkdən şayiələr yaymaq, gərginliyi artırmaq cəhdləri anlaşılmaz və qəbuledilməzdir”, - deyə o qeyd edib.
Baxçalı 20 hərbçinin ölümü ilə bağlı başsağlığı verib.
Musavat.com
02 Sentyabr 2026
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ