Onlayn ictimai-siyasi qəzet
“Artıq Azərbaycan və Rusiya hökumətləri arasında aparılan danışıqlar nəticəsində qəzada həyatını itirmiş Azərbaycan vətəndaşlarının vərəsələrinə Rusiya tərəfindən kompensasiya ödənilməsi ilə bağlı razılıq əldə olunub”.
Musavat.com xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev APA İnformasiya Agentliyi və Azərbaycan Dövlət Televiziyasına (AZTV) müsahibəsində 2024-cü ilin dekabrında AZAL təyyarəsinin vurulması ilə bağlı suala cavab verərkən deyib.
“Ümumilikdə ayrılan vəsaitin Rusiya tərəfindən Azərbaycan tərəfinə köçürülməsi yaxın zamanda planlaşdırılır. Daha sonra isə bizim üzərimizə qalan bu vəsaiti vəfat etmiş şəxslərin vərəsələrinə ödənilməsidir”.
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ