İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayağı zədəli halda imtahana gəldi, yüksək nəticə göstərdi - FOTO

Ümumi təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılması imtahanında maraqlı hadisə yaşanıb.

Musavat.com Dağlıq Şirvan Regional Təhsil İdarəsinə istinadən xəbər verir ki, müəllimlərdən biri ayağı zədəli halda imtahana qatılıb.

Bildirilib ki, Şamaxı şəhər 6 nömrəli tam orta məktəbdə keçirilən sertifikasiya prosesində bir gün qabaq ciddi qəza keçirərək ayağını zədələyən İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin rus dili müəllimi Əliyeva Bahar İşıq qızı imtahanda iştirak edib.

O, yüksək nəticə göstərərək 51 bal toplayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR