İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin uğuru: Boz siyahıdan çıxdı

Çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq işçi qrup - Financial Action Task Force (FATF) Yamayka və Türkiyəni “boz” siyahıdan çıxarmaq barədə qərar qəbul edib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sinqapurda toplaşan Qrup hər iki ölkənin çirkli pulların yuyulması ilə mübarizədə çatışmazlıqların aradan qaldırılması üzrə fəaliyyət planının həyata keçirilməsində uğur əldə etdiyi qənaətinə gəlib: "Bu iki ölkə artıq FATF-in gücləndirilmiş monitorinqinə məruz qalmayacaq".

FATF Monako və Venesuelanı boz siyahısına əlavə edib. Bu barədə qurumun yaydığı kommünikedə deyilir: “FATF-ın Sinqapurda keçirilən plenar iclasında Monako və Venesuelanın gücləndirilmiş monitorinqə məruz qalan ölkələr siyahısına (boz siyahı adlanan) əlavə edilməsi qərara alınıb”.

Qeyd edək ki, Boz siyahıda olan ölkələrin maliyyə əməliyyatları dərin yoxlanmaya məruz qoyulur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR