İnsanlara hürriyət, millətlərə istiqlal!

Maşın almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR - Bu avtomobillər ucuzlaşacaq

Yaxın günlərdə avtomobil bazarında canlanma gözlənilir.

Avtomobil məsələləri üzrə ekspert Sərxan Qədirov deyib ki, taksi fəaliyyəti ilə bağlı qadağalar qüvvəyə minəndən sonra alıcı aktivliyi müşahidə olunacaq.

Onun sözlərinə görə, avtomobil almaq istəyən şəxslər nəqliyyat vasitələrinin daha da ucuzlaşacağını düşünürlər.

Ekspert bildirib ki, bazara satışa çıxarılacaq taksi xidməti üçün gündəlik istifadədə olan avtomobillər nisbətən ucuz qiymətə təklif oluna bilər.

Sərxan Qədirov deyib ki, qadağadan sonra taksi fəaliyyətini davam etdirmək üçün yeni avtomobil almaq istəyənlərin də sayında artım müşahidə olunacaq. Bu da qiymətlərə təsirsiz ötüşməyəcək.

Ekspert əlavə edib ki, iyulun 1-dən sonra köhnə avtomobillərin qiymətlərində kəskin ucuzlaşma proqnozlaşdırılmır.

Musavat.com Xezerxeber.az-ın daha ətraflı videomaterialını təqdim edir. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR