İnsanlara hürriyət, millətlərə istiqlal!

Orbandan Zelenskiyə SON DƏQİQƏ atəşkəs çağırışı

Xəbər verdiyimiz kimi, Macarıstanın baş naziri Viktor Orban 12 illik fasilədən sonra Kiyevə gedib.

Baş nazir Rusiya ilə silahlı münaqişənin həlli ilə bağlı danışıqlara başlamaq üçün Ukraynanı atəşkəs imkanlarını nəzərdən keçirməyə dəvət edib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Viktor Orban Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən sonra bildirib.

"Biz prezident Zelenskinin sülh təşəbbüslərini yüksək qiymətləndirir və ondan danışıqlara başlamazdan əvvəl atəşkəs barədə düşünməyi xahiş edirik", - Orban deyib.

Baş nazir həmçinin bildirib ki, Macarıstan Ukrayna ilə geniş spektrli məsələlər üzrə ikitərəfli saziş imzalamaq istəyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR