İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhalinin NƏZƏRİNƏ: 3 gün qaz olmayacaq

Ağsu və Kürdəmirdə 3 gün müddətində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Musavat.com xəbər verir ki, bu, yüksək təzyiqli magistral qaz kəmərinin yeni tikilmiş hissənin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlıdır.

Buna görə də iyunun 5-dən 7-dək “Ağsu” və “Kürdəmir” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülməsi planlaşdırılan 3 gün müddətində Ağsu rayonunun (Ağsu şəhəri daxil olmaqla, rayonunun 48 kəndi və 205 qeyri-yaşayış sahəsi) və Kürdəmir rayonunun (Kürdəmir şəhəri daxil olmaqla, rayonun 19 kənd, 1 qəsəbə və 204 qeyri-yaşayış sahəsi) böyük hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR