İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarus siyasətçisi amnistiya aktı ilə azadlığa buraxılıb

Belarus Xalq Cəbhəsinin lideri, uzunmüddətli həbs cəzası çəkən Rıqor Kastusyov amnistiya aktı ilə azadlığa çıxıb.

Ölkənin avtoritar lideri Aleksandr Lukaşenko amnistiyanı Belarusun nasist Almaniyasından azad olunmasının 80-ci ildönümü münasibətilə imzalayıb.

Kastusyovun Polşada yaşayan kürəkəni Dmitri Antonçik AzadlıqRadiosuna deyib ki, 67 yaşlı siyasətçi iyulun 3-də azad edilib.

2010-cu ildə prezidentliyə namizəd olmuş Kastusyov 2022-ci ilin sentyabrında hakimiyyəti ələ keçirməyi planlaşdırmaqda təqsirli bilinərək 10 il həbsə məhkum edilib. İstintaqa qədərki həbsi də nəzərə alanda o, həbsdə 3 ildən çox qalıb.

Həbsxanada siyasətçiyə xərçəng diaqnozu qoyulub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR