İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ŞƏT ölkələrinin dollarla ticarət etməməsini istəyir

Tehran ABŞ dollarının Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələrin ticarət əməliyyatlarından tamamilə çıxarılmasının tərəfdarıdır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu İran prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Moxber deyib.

“İştirakçı ölkələr arasında qarşılıqlı kommersiya hesablaşmalarında milli valyutalardan istifadə və onların payının artırılması məsələsi assosiasiyanın gündəliyində ciddi şəkildə durur”, - deyə o, Astanada keçirilən ŞƏT-ə üzv dövlətlərin Dövlət Başçıları Şurasının iclasında bildirib.

“İran İslam Respublikası son məqsədə, yəni tərəflər arasında ticarət mübadiləsindən dolların azaldılması və ya ləğv edilməsinə nail olunana qədər bu sahədə xüsusi işçi qrupların danışıqlarının davam etdirilməsini dəstəkləyir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR