İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada işsiz sayı 3 ilin maksimumuna çatdı

İyun ayında Almaniyada işsizlik səviyyəsi 6 faizə yüksəlib.

Musavat.com Almaniya Federal Məşğulluq Agentliyinin açıqladığı məlumata istinadən xəbər verir ki, bu göstərici 2021-ci ilin may ayından bəri ən yüksək səviyyəyə çatıb.

Bundan əvvəl ölkədə işsizlik altı ay ardıcıl 5,9 faiz səviyyəsində qalıb. Almaniyada işsizlərin sayı 19 min nəfər artaraq 2,781 milyon nəfərə çatıb.

Analitiklər orta hesabla işsizlərin sayının 15 min artacağını və əvvəlki işsizlik səviyyəsinin qorunub saxlanacağını proqnozlaşdırırdılar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR