İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransadan Yeni Kaledoniya ilə bağlı QƏRAR - İyulun 8-dək...

Fransa hakimiyyəti Makron rejiminə qarşı davam edən etirazlar səbəbindən Yeni Kaledoniyada komendant saatını iyulun 8-dək uzadıb.

Musavat.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Xatırladaq ki, Yeni Kaledoniyada iğtişaşlar mayın 13-də başlayıb. Bunun səbəbi Parisin yeni seçicilərə - 10 ildən çoxdur Yeni Kaledoniyada yaşayanlara yerli seçkilərdə səs vermək hüququ vermək qərarı ilə bağlıdır. Yerli əhali bu qərarın əleyhinə çıxıb. Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində baş verən etirazlara cavab olaraq Fransa hakimiyyəti komendant saatı tətbiq edib və ictimai toplantıları qadağan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR